Gürcüstanda son sutkada 1941 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1941 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 26 503 nəfərə, ölənlərin sayı 193 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4180 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 10 163 nəfərin sağaldığı bildirilir.