ABŞ-da son sutkada 83 757 nəfər COVID-19-a yoluxub, 943 nəfər ölüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 83 757 yoluxma halı qeydə alınıb, 943 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan indiyədək ABŞ-da 8 493 747 nəfər koronavirusa yoluxub.

ABŞ-da 224 min nəfər COVID-19-dan həyatını itirib, 3,4 milyon nəfər isə xəstəlikdən sağalıb.