Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi - FOTO

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gəncə terrorunun rusiyalı qurbanı Artur Mayakov barədə paylaşım edib.
Nazirliyin “Facebook” hesabından edilən paylaşımda qeyd olunur:
“Bu ilin 24 oktyabr tarixdə Gəncə şəhər xəstəxanasında 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Mayakov Artur Vasilyeviç oktyabrın 17-cu il tarixində raket hücumu zamanı aldığı yaralardan vəfat etməsi barədə səfirliymiz Azərbaycan hökuməti tərəfindən məlumatlandırılıb.

Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və həlak olanın yaxınları ilə daimi əlaqə saxlayıb, onlara zəruri yardım göstərir.

A.V. Mayakov 24 oktyabr tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn edilib. Mərasimdə rus icmasının müavini İ.V. Kalaşnikov və Gəncədə Aleksandr Nevski məbədinin baş keşişi Vorfolomey Ata iştirak edib.

Bu faciəli hadisə ilə əlaqədar səfirlik vəfat etmiş şəxsin qohum və dostlarına dərin hüznlə başsağlığı verir”.