Ermənilər bu gün Naftalan və Füzuli rayonlarına "Smerch" raketləri atıb

Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Lent.az -a verilən xəbərə görə, bu faktın bir nümunəsi olaraq bu gün Naftalan rayonu Qasımbəyli kəndinə və Füzuli rayonu Kərimbəyli kəndinə 9M528 "Smerch" raketlərin atılmasını qeyd etmək olar.