“El-Klasiko”da “Real” inamlı qələbə qazanıb

İspaniya La Liqasında VII turu “El-Klasiko” ilə əlamətdar olub.
 Apasport.az saytının məlumatına görə, “Barselona” və “Real” arasında qarşılaşma Barselona şəhərində keçirilib.
 İspaniyanın iki ən titullu klubunun qarşılaşması erkən qollarla başlayıb. Öncə madridlilər Federiko Valverdenin qolu ilə hesabı açıb. Ardınca meydan sahibləri fərqlənib. Ansu Fati “El-Klasiko”da qol vuran ən gənc oyunçu adını qazanıb.
 
İkinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən Serxio Ramos paytaxt təmsilçisini yenidən hesabda önə çıxarıb. Qarşılaşmanın son dəqiqəsində isə Luka Modriç fərqi iki topa çatdırıb.
 
Qeyd edək ki, 6 oyunda 13 xal toplayan “Real” 1-ci pilləyə yüksəlib. 5 görüşdən sonra 7 xala malik “Barselona” 10-cudur.
 
İspaniya La Liqası
VII tur
24 oktyabr
“Barselona” – “Real” – 1:3
Fati, 5 – Valverde, 8, Ramos,, 63 (pen.), Modriç, 90