Hərbi-hava qüvvələrimiz Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələri məhv edib

Bu gün saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.