"Ermənistanda uşaqlardan əsgər kimi istifadə beynəlxalq humanitar qanunlara ziddir" - Hikmət Hacıyev

“Video Ermənistanda uşaq əsgərlərin olduğunu əks etdirir. Bu araşdırılmalıdır. 15 yaşınadək uşaqların əsgər kimi götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquq - müqavilə və qaydaya görə qadağandır və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayəti kimi təyin olunur. UNICEF, ICRC”.
"Sherg.az" xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında paylaşıb.