Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu

Ukrayna qış vaxtına keçib.

Azərtac xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin qərarı ilə oktyabrın son bazar günündə – ayın 25-də gecə saat yerli vaxtla 04:00-da saatların əqrəbləri bir saat geri çəkilib.

Bununla da Azərbaycan ilə Ukrayna arasındakı vaxt fərqi iki saat olub.