İndiki vəziyyətdə Azərbaycan heç bir şərtə getməyəcək - Politoloq 

"Regionda elə bir incə əməliyyat gedir ki, Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək"

"Qarabğada davam edən əks-həmlə əməliyyatı fonunda Azərbaycan üçün nə atəskəs, nə də danışıqlar məqbuldur".

Bu barədə "Sherg.az"a MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, atəşkəs üçün Ermənistan təkliflərə razı deyil:



"Ümumiyyətlə indiki vəziyyətdə  Azərbaycan heç bir şərtə getməyəcək. Ermənistan tərəfi çalışır ki, atəşkəs əldə edilsin. Paşinyanın Rusiya və İranı prosesə cəlb etmək planı mümkün olmadı. İranın vasitəçilik təklifi riyakarlıq olduğu üçün Bakı təklifi eşitməməzlikdən gəldi. Artıq bundan sonra  atəskəs  qeyri-mümkündür. Rusiya və İran yaxşı anlayır ki, Suriya və Yaxın Şərqdə düşdükləri bataqlıqdan çıxmamış Qərbin razılıq verdiyi bu əməliyyata müdaxilə etmək Suriyada və digər regionda onlar üçün baş ağrısı ola bilər. Fransa prezidenti Makronun cığallığına gəldikdə isə prosesdə ABŞ , NATO və Türkiyə olduğu üçün belə edir. Çünki Fransa hər üçü ilə ciddi siyası fikir ayrılıqlarına malikdir. Ona görə də Qarabağ məsələsində Ermənistanı dəstəkləyir. Bu layihədə Fransa yoxdur".

M.Əsədullazadə bəyan edib ki, Qarabagada əks-hücum əməliyyatı geosiyasi tarazlığı Azərbaycan və Qərbin leyhinə dəyişəcək:

"ABŞ iki il bundan əvvəl,  bu əməliyyatın başlanmasına razılıq vermişdi. Tramp adminstrasiyası bunula Azərbaycanın İran sərhədinə tam nəzarəti əldə etmək və regionda yeni bir siyasi nizamin formalaşması üçün Bakıya siyasi və lojistik dəstək verib. ABŞ və NATO  Türkiyənin birbaşa iştirakı ilə Cənubi Qafqazda möhkəmlənməklə, Mərkəzi Asiyaya çıxacaq. Çinin bir "Qurşaq və bir Yol" geosiyasi layihəsinin qarşısını alacaq. Çünki Çin yumuşaq güclə Avrasiya regionunda ABŞ ciddi şəkildə təhdid edir. Qarabağda davam edən bu haqq savaşımızda Qərb ona görə neytrallağını saxlayır və bu əməliyyatı beynəlxalq hüquqa uyğun dəyərləndirir. Çinin İrana sərmayə yatırması və bu regiondan Avropaya açılması gözlənilirdi. Məhz Paşinyan iqtidarı ilk əvvəldən Qərbin region  layihəsinə razılıq vermişdi. Əsas siyasət anti-Çin İran və Rusiya istiqamətdə olmalı idi. Ona görə hakimiyətə gəlməsinə işıq yandırılmışdı. Qarabağla bağlı Azərbaycan Prezidentinə söz vermişdi. Amma, proseslərdə İran və Rusiyadan çəkindiyinə görə öz hakimiyyətini qorumaq üçün hətta regiona gələn  Boltonun təkliflərini geri çevirdi. Hazırda isə Ermənistan Qərbin dəstəyindən məhrum olub".

Analitik vurğulayıb ki, regionda elə bir incə əməliyyat gedir ki, Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək:


"Əgər, Azərbaycan ABŞ və Qərbin razılığını almasaydı sanksiyalar tətbiq edilərdi. Bu hərbi əməliyyatlar Qərbin geosiyasi və geoiqtisadi maraqlarına cavab verir. Başlanan geosiyasi planda Mehri dəhlizinin götürulməsi və quru yolla birbaşa Avropa ilə Mərkəzi Asiyanı təhlükəsizlik bir xəttlə  birləşdirməkdə var. Məhz İranın hazırda sərhəddə ordu birləşmələrini yığması onun "Mehri" dəhlizindən narahatlığından irəli gəlir. Ümumiyyətlə, İran bu müharibədə Azərbaycana qarşı gəlməsi mümkün deyil. Çünki İranda Təbriz və Ərdəbilin ayağa qalxmasi mümkündür. Bu da Tehranda mərkəzi hakimiyyətin zəifləməsinə gətirə bilər. Türkiyə və Azərbaycan bir neçə ildir ki, bu istiqamətdə çalışaraq İranın bu rolunu cənub məsələsi ilə neytrallaşdıra bildi. Məhz Təbriz və Ərdəbildə müharibənin ilk günlərində İranın Ermənistan siyasətinə qarşı etirazların olması heç də oradakı soyadaşlarımızın milli mücadiləsi kimi qiymətləndirmək olmaz. Buna baxmayaraq İranda soyadaşlarımız artıq milli məsələni anlamağa başlayır. Geosiyasi plan ugurla davam edir. Məqsəd regionda yeni bir tarazlıq yaradıb, geosiyasi nizamı formalaşdırmaqla İranı neytrallaşdırmaqdı".

Siyasi şərhçi qeyd edib ki, formalaşacaq yeni siyasi nizamda İran və Rusiyaya yer olmayacaq:

"Əsas hədəf Rusiya-Çin və İran oxunu tam zəifləməkdir. Burada uğurlu siyasət məhz  liderlər  Ərdoğan və Əliyevin  kordinasiyali strateji siyasətinin nəticəsidir".