"Ermənilər başa düşmürlər ki, təslim olmaq lazımdır" - Akif Nağı

“Ermənistanın cəbhədəki məğlubiyyəti yaxın gələcəkdə düşmən ölkədəki siyasi qüvvələr arasında qarşıdurmanı gücləndirəcək. Sonda ölkədə siyasi xaosu xatırladan mühit formalaşdıracaq”.

Bu sözləri “Şərq”ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O vurğulayıb ki, heç bir iqtisadi perspektivi olmayan və yalnız diasporun və   beynəlxalq dairələrin ianələrinin ümidinə qalan Ermənistanın iqtisadi durumu getdikcə iflic vəziyyətə düşür:

“Ermənistan xalqının özü də, rəhbərliyi də Azərbaycanın uğurları qarşısında heç bir şey edə bilmirlər. Çünki Azərbaycan həm hərbi, həm də beynəlxalq dəstəyinə görə onlardan qat-qat üstündür. Bu günləri Azərbaycan Ordusu uğurla torpaqlarını işğaldan azad edir və buna tam haqqımız  var. Çünki 30 il idi ki, torpaqlarımız işğal altında idi. Buna heç kəs dözmədi, biz dözdük ki, bu məsələni dinc yolla nizama salaq. Amma ermənilər bunu başa düşmədilər. Bu günləri də öz səhvləri ucbatından bir ucdan qırılırlar. Çoxlu sayda hərbi texnikaları və canlı qüvvələri məhv olur. Onlar hələ də başa düşmürlər ki,  təslim olmaq lazımdır. Ona görə  Azərbaycan Ordusu da soan qədər gedəcək və torpaqlarımızı işğal altından azad edəcək. Düşünürəm ki, ermənilər təslim olmadıqca orada əhalinin sosial durumu gündən-günə ağırlaşacaq. Bu da onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ermənistanı sosial fəlakət gözləyir”.