Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması təsdiqləndi - YENİLƏNİB

Milli Məclisdə Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması haqqında qanun layihəsi qəbul edilib.

***

11.38

Milli Məclisdə Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirə edilir.

APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.