Hələ sınaq mərhələsindədir

"Sputnik V" peyvəndinin yan təsirləri 15 faizdir

Rusiya tərəfindən koronavirusa qarşı hazırlanan "Sputnik V" peyvəndi ilə bağlı yeni açıqlama verilib.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki,  "Sputnik V"-i inkişaf etdirən Qamaleya Tədqiqat Mərkəzindən verilən məlumata görə, onun 85 faiz heç bir yan təsiri olmadığı təsdiqlənib.

Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru Aleksandr Qintsburq peyvəndin yalnız 15 faiz yan təsiri olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya rəsmiləri hazırda 3 dəfə klinik sınaq mərhələsində olan "Sputnik V" peyvəndi ilə yanaşı  "EpiVacCorona" adlı ikinci bir peyvəndi də sınaqdan keçirəcək.