AMEA 1,5 milyon manatlıq təmir işləri aparacaq

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin elan etdiyi müsabiqə yekunlaşıb.
Oxu.Az-ın elektron dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “Azəraqrartikinti” ASC olub. 
Müsabiqə üzrə şirkətə AMEA-nın Sumqayıt şəhərində Polimer Materialları İnstitutunun binasında yarımçıq qalmış təmir işlərinin davam etdirilməsi həvalə olunub.
Belə ki, şirkət tərəfindən cari işlərin aparılmasına 1 milyon 499,4 min manat sərf ediləcək.