Rusiyanın, Fransanın timsalında müharibəyə üçüncü tərəf qoşularsa F-16-lar işə düşəcək


“Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir?”.

Bu sözləri prezident, Ali baş komandan İlham Əliyev dünən xalqa müraciətində deyib. O, F-16-ların lazımi anda hərəkətə keçəcəyini bildiirb. “Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar”.

Ehtiyatda olan polkovnik Nazim Əhmədov bu barədə “Sherg.az”a danışıb. Onun fikrincə, hələ ki, sözügedən silahlara ehtiyac yoxdur:

“Xarici jurnalistlər F-16-larla bağlı Prezidentimizə suallar verirlər. Ali Baş Komandanın özünün də dediyi kimi, peyk vasitəsilə məsələni aydınlaşdırmaq çox asandır. Həmin təyyarələrin havaya qalxmasına zərurət yoxdur. Hətta sizə deyim ki, biz texnikamızı hələ tam sərf etməmişik. Bəzi silahlarımızı müəyyən məqamlara saxlayırıq. Onlardan indi istifadə etmək mənasız olar. Əlbəttə, əgər Rusiyanın, Fransanın timsalında müharibəyə üçüncü tərəf qoşularsa F-16-lar işə düşəcək.