İrandan Fransanın anti-islam münasibətinə qarşı çağırış

İranlılar bütün müsəlmanları Məhəmməd peyğəmbəri hədəf alan karikaturaları və İslama qarşı açıqlamalarını müdafiə edən Fransa Prezidenti Emmanuel Makron başda olmaqla Fransa rəsmilərinə qarşı birləşməyə çağırıblar.

“Anadolu” agentliyi məlumat yayıb ki, Fransa prezidentinin davranışı İslam dövlətlərində reaksiya və nümayişlərə səbəb olub.

İranda Milli Məclisin sədri Məhəmməd Bakir Qalibaf, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani və digər rəsmilər İslama və peyğəmbərinə qarşı edilən təhqirlərə sərt reaksiya göstəriblər.

Agentliyin Tehran müxbirinə danışan iranlılar müsəlmanlardan birlik içində hərəkət etmələrini, müsəlman ölkələrindən Fransa Prezidenti E.Makona cavab vermələrini və fransız mallarını boykot etmələrini istəyiblər.