ÜST-dən koronavirusun “ocağı” olan Avropaya XƏBƏRDARLIQ

“Avropa hökumətləri koronavirusla mübarizədə çox geridə qaldı, qitə xəstəlik yuvasına çevrilir”.
“Raidio Teilifıs Eireann” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə üzrə fövqəladə vəziyyət proqramının rəhbəri Mayk Rayan deyib.
Beynəlxalq təşkilatın nümayəndəsi bildirib ki, Avropa virusu məğlub etmək istəyirsə, daha əhatəli tədbirlər görməlidir.

O, hökumətləri karantin məhdudiyyətlərinin təmin etdiyi fürsətləri dəyərləndirməyə və qaydalara riayət edən vətəndaşları dəstəkləməyə çağırıb.