Çavuşoğlu Lavrovla Qarabağ münaqişəsini müzakirə etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlər Dağlıq Qarabağ münaqişəsi, Suriya və Liviya mövzusunda fikir mübadiləsi aparıblar.