Koronavirus Ermənistanda daha 21 nəfəri öldürdü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 241 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 82 651 nəfərə, ölənlərin sayı isə 1 243 nəfərə çatıb.