Sərdar Mahmud Xan: “Hindistan yarım milyon kəşmirlini öldürüb”

Hindistan son 73 ildə yarım milyon kəşmirlini öldürüb.
Bu barədə Kəşmir başçısı Sərdar Mahmud Xan “Anadolu” agentliyinə müsahibəsində danışıb.
O bildirib ki, Hindistan 27 oktyabr 1947-ci ildə Kəşmiri işğal edib və 250 min müsəlmanı öldürərək onlara qarşı ilk soyqırımı həyata keçirib.

Hindistanın sözügedən tarixdən bəri yarım milyon kəşmirlini öldürdüyünü, əlil və kor etdiyini deyən Sərdar Mahmud Xan qeyd edib ki, insanların həyatını cəhənnəmə çevirmək üçün 900 min Hindistan təhlükəsizlik qüvvəsi Kəşmirə yerləşdirilib.