120 yaşlı qadın koronavirusa qalib gəldi

Türkiyənin Şırnak bölgəsinin Uludərə rayonunda yaşayan 120 yaşlı Menica Encü koronavirusa qalib gəlib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 övladı, 100-dən çox nəvəsi olan Encü 15 gün əvvəl koronavirusa yoluxub.

Müalicədən sonra sağlığına qovuşan 120 yaşlı qadın deyib: “Allah həkimlərimizdən razı olsun. Mənə çox yaxşı baxdılar. Çox yoruldular. Üzərimdə çox böyük haqları var”.

Encünn 65 yaşlı gəlini qaynanasının hər zaman təbii qidalarla qidalandığını deyib.

Yaşlı qadın xəstəxanadan evə buraxılıb.