Prezident: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq" - Foto

"Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

"Sherg.az" məlumat verir ki, bu barədə Azərbaycan Respubklikasının Prezidenti İlham Əliyev "Twitter" hesabında bildirib:

"Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa
tapmasını diləyirəm".