Bu hələ son deyil ! - “Ermənistan ordusunda “yarpaq tökümü”: “Zabitlər qovulurlar!”

“Ermənistan artıq məğlubiyyətin astasındadır"

"Aprel döyüşlərindən sonra da belə hal olmuşdu. Hətta müdafiə naziri də istefaya göndərilmişdi”

“Total səfərbərlik elan edilsə də, hökumət hərbi forma geyindirməyə adam tapmır. Əsir düşənlərin ifadələri də daxildəki mürəkkəb vəziyyətdən xəbər verir”


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan vəzifəsindən azad edilib. Bu barədə “Panorama.am” məlumat yayıb. Faktı Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun müavini Armen Abazyan da təsdiqləyib. Bu, işğalçı ölkədə ilk belə hal deyil. İkinci Qarabağ müharibəsi başlanan gündən dəfələrlə yüksək rütbəli şəxslər, ordudakı səlahiyyət sahibləri istefaya göndəriliblər.

Bu isə Ermənistan silahı qüvvələrindəki xaotik vəziyyətdən xəbər veirr. Kimi komandirini vurur, kimi narkotikdən istifadə edir, kimi də beləcə xidmətdən kənarlaşdırılır. Sonra da “Böyük Ermənistan”dan danışırlar. İndiki halda bu, nəinki reallıq, heç yuxuya giriləsi mövzu da deyil.

 Ehtiyatda olan pokovnik Şair Ramaldanov sözügedən məsələ barədə “Sherg.az”a danışıb. O, qəfil istefaların təbii olduğu qənaətindədir: 

“Ordumuz irəlilədikcə qarşı tərəfdə problemlər artır. Heç bir erməni əsgər Azərbaycan torpaqlarında döyüşmək istəmir. Total səfərbərlik elan edilsə də, hökumət hərbi forma geyindirməyə adam tapmır. Əsir düşənlərin ifadələri də daxildəki mürəkkəb vəziyyətdən xəbər verir. Ermənistan cəmiyyətində narazılıq var ki, oğullarımız, heç olmasa, öz torpaqları uğrunda şəhid olsunlar, başqasının vətəni uğrunda yox. Yadınızdadırsa, Prezident, Ali baş komandan İlham Əliyev demişdi: “Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olsun”. İndi onlar Dağlıq Qarabağa heç gəlmirlər də. Paşinyanın mövqeyi ilə narazı olanlar get-gedə artır və onlar ordudan uzaqlaşdırılır. Yerlərinə isə öz ideyalarına xidmət edənlər təyin olunur. Bu, son kadr dəyişikliyi deyil. Davamı gələcək”.

Ş.Ramaldanov, həmçinin bildirib ki, Ermənistan artıq məğlubiyyətin astasındadır: 

“Aprel döyüşlərindən sonra da belə hal olmuşdu. Hətta müdafiə naziri də istefaya göndərilmişdi. O, sonradan müxalifət cəbhəsinə keçmiş və Azərbaycanla münasibətdə konstuktiv mövqe tutumağın vacibliyindən danışmışdı. Və bildirmişdi ki, yeganə xilas yolu işğalçılıq siyasətindən əl çəkməkdir.

Ermənistanda hamı Paşinyan kimi anormal deyil. Reallığı anlayanlar da var. Bir ay ərzində xeyli ərazimizi işğaldan azad edərək düşmənin müqavimətini qırmışıq.

Ona görə də bütün köməkliklərə rəğmən, Ermənistanın müqavimətinin dayanması çox çəkməyəcək. Hətta Paşinyanın devrilməsi gün məsələsidir. Onun böyük güclərin əlində alət olduğu hər kəsə məlumdur.

Baş nazir sadəcə kimlərinsə sifarişlərini yerinə yetirir. Ancaq bizim bu savaşı “Vətən müharibəsi” adlandırmağımız o deməkdir ki, qələbə mütləq bizimlə olacaq, ərazi bütövlüyümüzü təmin edəcəyik.

Ya hərbi yolla sonadək mübarizə aparacaq, ya da diplomatik təzyiqlə uğura nail olacağıq. Bir məqamı da vurğulayım: prezidentin dediyi kimi, əgər başqa ölkələr Ermənistana silah verməsə,  işğalçı bizimlə bir gün də bacarmaz”.