Metro bu tarixədək işləməyəcək - RƏSMİ

2020-ci il dekabrın 1-i saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
"Sherg.az"ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan noyabrın 2-si saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.