Şahbaz Quliyevin qardaşı: “Hazırda Şuşadadır, amma hələ ki..”   

Məlum olduğu kimi, illərdir Ermənistanda soydaşımız - Dilqəm Əsgərov və Şahbaz Quliyev girov kimi saxlanılır.  Onlar hər cür çətinliklərə, əzablara dözürərək vətənlərinə, əzizlərinə qovuşacaqları günü səbrsizliklə, ümidlə gözləyirlər. Biz də onları qarşılamağa tələsirik. Bəlkə də, az qalıb. Çox az...

 Şahbaz Quliyevin qardaşı İlham Quliyev son məlumatları “Sherg.az”la bölüşüb: 
“Hazırda Şuşadadır. Ora aparıblar. Məktub yazmışıq. Bildiyimə görə çatıb. Amma hələ ki, məktuba cavab gəlməyib”.