İzmirdə zəlzələdə ölənlərin sayı artır - YENİLƏNİB

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 26-ya yüksəlib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda yaralananlardan 25-i reanimasiyada olmaqla 381 nəfər xəstəxanalarda müalicə olunur.

***

11:22

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 804 nəfərdir.

Xilasetmə işlərinin aparıldığı 17 binadan 8-də işlər başa çatdırılıb, qalan 9 binada davam edir.

Xilasetmə işlərinə cəlb edilən heyətin sayı 6 min 49-dur.