Tramp, yoxsa Bayden ? – “İkincinin qalib gəlmək ehtimalı daha çoxdur, amma...”

ABŞ-da prezident seçkilərində 90 milyon insan erkən səsvermədə iştirak edib. Bu barədə “Reuters” məlumat yayıb. Sözügedən göstərici 2016-cı il prezident seçkilərinin ümumi seçici fəallığının təxminən 65 faizinə yaxın olub. Keçirilən sorğular Co Baydenin hazırda D.Trampı üstələdiyini göstərir.  Xatırladaq ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində 138 milyon insan iştirak edib.
Deməli, Trampla Bayden arasında gərgin mübarizə gedir və nəticəni indidən təxmin etmək olduqca çətindir. 



Politoloq Azər Rəşidoğlunun bu barədə “Sherg.az” şərhi də konkret proqnoz verməyin mümkünsüzlüyünü göstərir:

 “Xüsusilə ABŞ-dakı seçkilərlə bağlı nə isə demək həmişə çətin olub. Bəzi ekspertlərin fikrincə, Baydenin qalib gəlmək ehtimalı daha çoxdur. Amma Trampın da şansları az deyil.

Hər halda kimin prezident seçilməsindən asılı olmayaraq nəticə hazırkı proseslərə ciddi təsir göstərməyəcək.

İranla, Rusiya ilə bağlı məsələlərdə fərqli mövqelər olsa da, hər iki siyasətçi hazırkı status-kvonu saxlamaqda maraqlıdır”.