Paşinyan dalana dirənib ! – ““Siyasi ölüm fərmanı”nı imzalayacaq” – Tarixi revanş ! 

“Davam edən proseslər Ermənistanı fəlakətə aparır. Geriyə addım atmaq isə onlar üçün faciədir”



Ermənistan sonun başlanğıcındadır. Bunu hamı görür- Fransa da, Rusiya da, ABŞ da...Bircə özlərindən başqa. Açıq-aşkar məğlubiyyətlərinə rəğmən, rəsmi İrəvan sərsəm bəyanatlarına davam edir. Baş nazir Nikol Paşinyan elə güclü eyforiyaya qapılıb ki, reallığı dərk etmir. Gah, “taktiki geri çəkilirik” deyir, gah məsələnin diplomatik yolla həllinin olmadığını bəyan edir.
Bir də baxır ki, Ermənistan ordusunun hansısa yüksək rütbəli zabitinin yas mərasimində iştirak edir, əzizlərinə başsağlığı verir. Belə-belə, tezliklə  yan-yörəsində onu qorumaq üçün Anna Akopyandan başqa heç kimin qalmadığını görəcək.  Yəni bəsirət gözünü açaraq, sənə aid olmayan torpaqlardan çıxıb, dilini dimməz qoymaq bu qədərmi çətindir? 

Çox maraqlıdır, görəsən, Ermənistan hərbi-siyasi hakimiyyətinin “müalicəsi” üçün hələ nə qədər erməni leşi lazımdır? Narahat olmasın, rəşadətli Azərbaycan ordusu torpaqlarımızın azad olunması əməliyyatında hər gün bu sayı artırır.



Görəsən, Ermənistanın belə  xəyalpərəstliyi nə ilə bağlıdır? BDU-nun Juranalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli “Sherg.az”a açıqlamasında bu barədə danışıb: 

“Bu ölkənin dövlət strukturları və cəmiyyəti illər boyu özlərinə o qədər vurğun olublar, o qədər inanıblar ki, əndazəni çox aşıblar. Elə bilirdilər ki, erməni lobbisinin fəallığının seçildiyi ölkələrin, o cümlədən Fransanın, Rusiyanın, ABŞ-ın havadarlığı daimi olacaq. Beləliklə, psixoloji cəhətdən hansısa məğlubiyyətə, çatışmazlığa hazır deyildilər.

Ümumiyyətlə, onlarda milli-psixoloji “travma”, “Erməni xəstəliyi” var. Bir məqamı xatırladım: 80-ci illərin sonunda yerli əhalinin psixoloji durumunu müəyyənləşdirmək məqsədilə Qarabağda xüsusi komissiya yaradıldı. Nəticədə bu millətdə kütləvi psixoz aşkarlandı.

Ümumiyyətlə, Qarabağın işğalını öz adlarına çıxarmaları onları daha da harınlaşdırdı. Kənardan müxtəlif yardımlar, eləcə də, borc, kredit almalarına rəğmən, “məğlubedilməzlik sindromu”na qapılmışdılar. Onlar beynəlxalq güclərin əlində kölə olduqlarını bilsələr də, bunun “üstünü vurmurlar”. Çünki indiki hallarından məmnundurlar. Fəqət erməni ziyalıları həqiqəti anlayır, reallığı başa düşürlər. Onlar indiki yanaşmanın doğru olmadığını deyir və “Niyə erməninin dostu yoxdur?” sualına cavab axtarırlar. Həmin adamların fikrincə, ermənilər ilk növbədə öz davranışlarını təhlil etməlidirlər”.

S. Məmmədlinin sözlərinə görə, davam edən proseslər Ermənistanı fəlakətə aparır:

“Ziyalılardan fərqli olaraq, Paşinyan və ətrafı bu həqiqəti qəbullanmaq istəmirlər. Çünki geriyə addım atmaq onlar üçün faciədir. Paşinyan uduzduqlarını etiraf etdiyi, kompromisə getməyə hazır olduğunu dediyi an “siyasi ölüm fərmanı”nı  imzalayacaq. Hətta mən qətiyyən şübhə etmirəm ki, baş nazir üçün təkcə siyasi yox, fiziki ölüm də uzaqda deyil”.

Professor indi tarixi revanş vaxtının olduğunu düşünür:

“Bəli, biz hərbi əməliyyatlarımızı uğurla davam etdiririk. Azərbaycan əsgəri sağ olsun ki, qolunun qüvvəti ilə erməninin boynunu sındırır. Biz türkün gücünü dünyaya bəyan etdik. Amma məsələ hələ bitməyib.

Diplomatik masada da düşmənə qalib gəlməliyik. Qarabağ üzrə beynəlxalq tribunal yaradılmalı və 1988-ci ildən bu yana ermənilərin törətdikləri bütün vəhşiliklər, o cümlədən soyqırımlar nəzərə alınmalıdır.

Eynilə Yuqaslaviyada olduğu kimi, azərbaycanlılara qarşı vəhşilik törəndənlərin hər biri cəzalanmalıdır. Dəymiş ziyan hesablanmalıdır  və konkret sənəd tərtib edilməlidir. Unutmaq olmaz ki, müharibənin sonunda imzalanan sülh müqavilənin şərtləri çox mühümdür. Biz həmin məqamları indidən müəyyənləşdirməliyik. Ermənistana hansısa havadarları vasitəsilə “nəfəslik” də vermək olmaz.

Əlbəttə, şərtlər çox ağır olacaq. Düşmən  bunun altından çıxa bilməyəcək. Həmin məqamda isə Qərbi Azərbaycandan köçənlərin geri qaytarılması, həmin əraziyə muxtariyyət, ən azı, mədəni muxtariyyət verilməsi və Naxçıvandan Azərbaycana dəhliz açılması şərtlərilə maliyyə güzəştləri edə biləcəyimizi bildirməliyik.

Şübhəsiz, bir dövlət kimi Ermənistanın mövcudluğu sual altındadır. Koronavirus pandemiyasının gətirdiyi çətinliklərlə yanaşı, miqrasiya, yoxsulluq, iqtisadi böhran rəsmi İrəvanın vəziyyətini getdikcə ağırlaşdırır.

Bu dövlətin ərzaq məhsullarının 95 faizi xaricdən gəlir. Kreditlərin hesabına borcları boyunu aşıb. Odur ki, miqrasiya artacaq və Ermənistanda bir azdan bir adam da qalmayacaq”.