Yaralı əsgərimiz “Qarabağ” mahnısı oxudu: hamı qürur duydu! - VİDEO 

Rey Kərimoğlu: “Cümləmizin əvvəli də, sonu da Qarabağdır” 

Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları çərçivəsində düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycan ordusunda döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bunu yaralı əsgərlərimizin timsalında da söyləyə bilərik. Çünki indiyədək yaralı əsgərlərimizin hər biri tez sağalıb təkrar döyüşlərə qatılmaq arzularını ifadə ediblər. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı videogörüntülərlə qarşılaşmaq mümkündür. Növbəti belə bir görüntüdə yaralı Azərbaycan əsgəri əməliyyat masasında öz ağrı-acısını unudaraq Qarabağ haqqında mahnı ifa edir.

Yaralı əsgərimizin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər ona tezliklə sağalıb Şuşaya zəfər bayrağı sancmağı arzulayıblar. Bax, budur, Azərbaycan əsgərinin vətən sevgisi.



 Qarabağ qazisi Rey Kərimoğlu sözügedən görüntülər haqqında “Sherg.az”a danışıb:

“Əlbəttə, çox təqdirəlayiq haldır. Azərbaycan ordusunun bütün zabit və əsgərləri indi Qarabağı düşünür. Nəinki silahlı qüvvələrimizin, bütün xalqımızın bircə amalı var-həsrətə son vermək.

Həmin əsgər hətta şüursuz vəziyyətdə də Şuşanı, Kəlbəcəri, Xankəndini...düşünür. Çünki bu, tarixdən, mentalitetdən gələn xüsusiyyətdir. İndi cümləmizin əvvəli də, sonu da Qarabağdır.

Dilimizin duası, ürəyimizin arzsusudur Qarabağ. Eşq olsun Azərbaycan ordusuna!”.