Ermənistanın İsraili hədələməsi absurddur: "Bacarmaz!"  

Ermənistanın verdiyi bəyanatlar komediya filmlərini xatırladır. Elə hey güldürür...Xarici mətbuatda Ermənistanın İsraili hədələməsi ilə bağlı xəbər dərc edilib. Guya ki, Qarabağa görə, işğalçı Ermənistanın İsraildən intiqamı ağır olacaqmış...Xəstə şüurun növbəti məhsulu...PUA-nı avtomatla vurmağa çalışandan, orduya qadınları, uşaqları göndərib onların arxasında gizlənənlərdən başqa nə gözləyəsən? Ən qəribəsi bilirsiz nədir? Öz yalanlarına özlərinin inanmaları. Daha doğrusu, ancaq özlərinin inanmaları...
  

 
Politoloq Natiq Miri Ermənistanın sözügedən iddiası barədə “Sherg.az”a danışıb: 

“Ermənistan dövlətinin və xaricdəki diasporun sağa-sola “çamur atması”, kimlərisə hədələməsi onların məğlub və yazıq durumda olduqlarının bariz nümunəsidir.

Ermənistanın və diasporunun gücü 10 dəfə artsa da, bu sərsəm iddialarını həyata keçirə və  dünyanı idarə edən güclərdən biri olan İsraillə bacarmaz. Böyük iddiaların altında qalması erməni etnosunun ən böyük faciəsidir.

Odur ki, kimsə onların yerində olmaq istəməz. Əgər Qarabağdan çıxmaq barədə qərar verə bilmirlərsə, uşaqları döyüşə göndərib, onların ölümlərinə asanlıqla fərman verirlərsə, bu, onlar üçün sözün bitdiyi yerdir. Rəsmi İrəvanın belə bəyanatları gülünc olduğu qədər də, absurd və faciəvidir”.