Şuşa-Laçın yolu bağlanıb: “Düşmən məğlub olur”

“Bütün uğurlara baxmayaraq, məsələ hələ bitməyib. Döyüşlər davam edir”

Ermənistandan Dağlıq Qarabağa gedən yolun bir hissəsi bağlanıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qondarma Dağlıq Qarabağ rejiminin Laçın dəhlizindəki vəziyyət barədə verdiyi məlumatda Şuşa-Laçın magistral yolunun bir hissəsinin bağlandığı  bildirilir.

Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə irəliləyir.

 Millət vəkili Aqil Abbas bu barədə “Sherg.az”a danışıb:

“Həmin magistral yolun bağlanması  düşmənin məğlubiyyətinin göstəricisidir. Bütün uğurlara baxmayaraq, məsələ hələ bitməyib. Döyüşlər davam edir. Hərbi əməliyyatlar tam bitəndə əminliklə qələbəyə sevinə bilərik”.