Birinci növbədə, sosial məsafə mütləq qorunmalıdır

"Təəssüflər olsun ki, son zamanlar COVİD-19 virusuna yoluxma hallarının artması müşahidə edilir". 

Bu sözləri millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, yoluxanların sayının artması istər-istəməz hər kəsi narahat edir:

"Yoluxma hallarının artması ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən zəruri addımlar atılır. Unutmamalıyıq ki, hər bir Azərbaycan vətəndaşı özü bu məsuliyyəti dərk etməlidir və qaydalara əməl etməlidir. Birinci növbədə, sosial məsafə mütləq qorunmalıdır, tibbi maskalardan istifadə edilməlidir. Sağlam həyat tərzi keçirmə və sağlaq qidalanma bu məsələdə bizim çox köməyimizə gələ bilər. Xüsusilə də, bu həssas dönəmdə əgər biz dövlətimizin gücünü Ordumuza səfərbər etməsinə maneçilik törətmək istəmiriksə, özümüzün və ətrafımızdakıların sağlamlığını qorumalıyıq. Ona görə də bütün bu şərtlərə əməl etmək vacibdir".