Türkiyəli ekspert: “Azərbaycanla Naxçıvanın birləşməsi...”

“...Qardaş ölkələrin torpaq bütövlüyünə qovuşması baxımından əhəmiyyətlidir”

Türkiyənin müxalif  Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Azərbaycanın yalnız şərtlə barışığa gedə biləcəyini deyib. Cebhe.info xəbər verir ki, Baxçalı bunun üçün Ermənistanın Azərbaycana təzminat ödəməsinin vacib olduğunu bildirib:

 “Azərbaycan barışa tək şərtlə gedə bilər. 30 ildir rayonlara dəymiş zərəri Ermənistan təzminat olaraq Azərbaycana ödəməlidir. Təzminat ödəyəcək imkanı yoxdursa, hüquqa uyğun olaraq torpaq verilməlidir.

O da Zəngəzur olmalıdır ki, Naxçıvan Azərbaycana birləşsin”. 

Təki olsun!Xüsusilə diqqətçəkən məqam qardaş ölkədə siyasi mövqeyindən asılı olmayaraq, bütün liderlərin Azərbaycanın haqq səsini eşitməsi və bunu təsdiqləyən bəyanatlar səsləndirməsidir. Yaşa, Türkiyəm! 

Türkiyənin İstanbul universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Yaşar Onay partiya sədrinin bu təklifini “Sherg.az”a şərh edib: 

“Dövlət bəyin təzminat tələbi haqlı və yerindədir. Ermənistan xüsusilə mülki şəxslərə hücumlarına görə günahkardır. Bu səbəbdən sadəcə təzminat kifayət deyil. Konkret hücumlar barədə əmr verən şəxslər də beynəlxalq ədalət divanında cavab verməlidirlər.

Şübhəsiz ki, Azərbaycanla Naxçıvanın birləşməsi qardaş ölkələrin torpaq bütövlüyünə qovuşması baxımından əhəmiyyətlidir”.