Keçmiş XİN başçından ÖZƏL ŞƏRH: “Bəyanatın təminatçıları Türkiyə və Rusiyadır”

“Onların siyasi dəst-xəttləri var. Heç vaxt dedikləri sözə naxələf çıxmazlar”

“Söz həmin liderlərdən ötrü sənəddən də vacibdir”

“Ermənistan ucuz variantlar, o cümlədən aksiyalarla şərtləri pozmağa çalışacaq. Amma belə oyunlar ciddi siyasətdə keçmir”



 Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaradılaacaq atəşkəsə nəzarət mərkəzi və şöbələrindən danışıb. Baş diplomat qeyd edib ki, atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycan torpaqlarında Azərbaycanın müəyyənləşdirdiyi yerlərdə yerləşəcək:

“Başda ev sahibi Azərbaycan olmaqla, Türkiyə və Rusiya atəşkəsə nəzarət mərkəzi və şöbələrinin harada yerləşməsinin məqsədəuyğun olduğu müzakirə ediləcək və qərar veriləcək. Qarabağdan söhbət gedirsə, buraların hamısı Azərbaycan ərazisidir. Azərbaycan ərazisi olduğu üçün ev sahibinin də hüququna hörmək edilərək, atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycanın lazım bildiyi yerlərdə olacaq”.

Deməli, vəziyyət yaxşıdır. Azərbaycanın kemiş xarici işlər naziri Tofiq Zülfüqarov məsələyə dair fikirlərini “Sherg.az”la bölüşüb: 

“Sözegedən bəndlər adi məntiq üzərində hazırlanıb. Köçürülmə prosesi qarşılıqlı inam və etibar əsasında həyata keçiriləcək. Odur ki, həm Türkiyə, həm də Rusiya məsələyə həssas yanaşmalıdır. Kəlbəcərdəki erməni əhalisini Türkiyənin çıxarmağı, əlbəttə, düzgün olmaz. Bunu başqa cür qələmə verə bilərlər. Deməli, erməni əhalisi ilə bağlıq müvafiq işləri Rusiya, azərbaycanlıların köçürülməsini isə Türkiyə həyata keçiməlidir”.

T.Zülfüqarovun, fikrincə, hərbi əməliyyatlar ən azı yaxın gələcəkdə bərpa edilməyəcək: 

“Döyüşlərin bərpa ediləcəyini düşünmürəm. Ermənistanın dövlət qurumlarında vəziyyət kritikdir. Həm də hakimiyyətə kim gəlir gəlsin, yerli konstitusiyaya görə öhdəliklər bütün hallarda yerinə yetirilməlidir. Bildiyiniz kimi, bu bəyanatın təminatçıları Türkiyə və Rusiyadır. Onların siyasi dəst-xəttləri var. Heç vaxt dedikləri sözə naxələf çıxmazlar. Söz həmin liderlərdən ötrü sənəddən də vacibdir. Düzdür, Ermənistan ucuz variantlar, o cümlədən aksiyalarla şərtləri pozmağa çalışacaq. Amma belə oyunlar ciddi siyasətdə keçmir.

Əgər rəsmi İrəvan bu bəyanatla zarafat etsə, ağır nəticələrlə üzləşəcək”.