Qələbəmiz Ermənistanı şoka salıb! – “Ayağa qalxa bilməyəcəklər” – Faciəvi son!

“Ölkəmiz siyasi, hərbi, ideoloji, mənəvi və iqtisadi sahədə Ermənistanı məhv etdi”

“Ümumiyyətlə, yaxın 10 il ərzində düşmən ölkədə əhali qalmayacaq”



Hazırda Ermənistan siyasi hakmiyyətində naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni böhran və fəlakətə sürükləyir.  Ölkənin baş naziri  Nikol Paşinyanın harada gizləndiyi belə bilinmir. Parlament sədri Ararat Mirzoyan isə qəddarcasına döyülməklə bərabər, ailə üzvləri, o cümlədən, azyaşlı uşaqları təzyiq altında saxlanılır.

Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatlarını tələsik ölkədən çıxarmaları, xarici ölkələrə qaçmaları barədə məlumatlar sürətlə artıb. Belə çıxır ki, xaricə üz tutan sadə, yoxsul ermənilərin sırasına artıq məmurlar da qoşulublar.

Ermənistanda demoqrafik böhran da dərinləşib. Minlərlə erməni gəncinin məhv olması, yaralanması, miqrasiya axınının daha da güclənməsi gələcəkdə bu ölkə əhalisinin təbii artımını aşağı salacaq. Ermənistan insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq.

Ermənistandakı iğtişaşları və böhranlı durumu “Sherg.az”a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycanın İkinci Dağlıq Qarabağ müharibəsində qələbə çalması Ermənistanı şok vəziyyətinə salıb. Ona görə də hələlik bu vəziyyətdən çıxa bilmirlər. Çünki ermənilər son 200 il ərzində ilk dəfə ağır zərbə aldılar.

Analitik vurğulayıb ki, ermənilər Cənubi Qafqazda yerli xalq deyil. Onlar 1828-ci ildən etibarən müxtəlif cəhdlərlə Azərbaycan torpaqlarında özləri üçün dövlət qura biliblər:

“Beləliklə, vətəndaşlarımızın həddindən artıq insansevərlik və sadəlövhlüyündən istifadə etdilər. Lakin Azərbaycan Ordusu erməniləri bir tayfa kimi sındırdı. Onlar millət olmaq istəyirdilər, amma biz onların qarşısını uğurla aldıq. Bundan sonra ermənilərin ayağa qalxacağı sıfıra bərabərdir.
Paşinyan həm bioloji, həm psixoloji, həm siyasi, həm də ideoloji cəhətdən anormal adamdır.

Onun düşüncələri ilə atdığı addımlar bir-birinə uyğun gəlmir. Paşinyan hakimiyyətə gəldiyi zaman verdiyi sözləri tuta bilmədi və daxildəki gərginliyi Qarabağ müstəvisinə keçirməyə çalışdı. Faciə ondan ibarətdir ki, küçə səviyyəsində olan bir adamın Qarabağda yürütdüyü təxribatları ermənilər yüksək səviyyədə qəbul edirdi. Deməli, erməni xalqının özü xəstədir”.

C.Nuriyevin sözlərinə görə, erməni xalqı baş verənləri həzm edə bilmirlər. Ona görə də küçələrə axışıb, etiraz aksiyaları keçirirlər:

“Paşinyanın Amerika səfirliyində gizləndiyi üzə çıxdı. Təəssüf ki, onu bir müddət gizlədə bildilər. Beləlikə Amerikanın maraqları olduğu da üzə çıxdı. Bunu da təbii qarşılayıram. Çünki Amerikanın Qafqazda maraqları var”.

Politoloq söyləyib ki, İlham Əliyev Azərbaycan siyasəti tarixində ölkəmiz üçün ən ideal variantı qəbul etdirdi:

“Erməniləri də əndişəyə salan məhz budur. İnanıram ki, Ermənistandakı proseslər davam edəcək, amma ABŞ Paşinyanı “yıxılmağa” qoymayacaq. Əslində onun yıxılması bizə lazım da deyil. Çünki Paşinyan axmaq hərəkətləri ilə Azərbaycana çox kömək etdi. Bütün hallarda Ermənistanda gedən proseslər xeyrimizədir.

Ölkəmiz siyasi, hərbi, ideoloji, mənəvi və iqtisadi sahədə Ermənistanı məhv etdi. Ermənistanın bundan sonra ayağa qalxması mümkünsüzdür. Ümumiyyətlə, yaxın 10 il ərzində düşmən ölkədə əhali qalmayacaq”.