Ermənilərin Kəlbəcərdə yanğın törətməsinə reaksiya: “Elə vandal millətdirlər ki...”

“...Evləri, meşələri yandıdırırlar,  cansız daş-qayadan da intiqam alır, xristianlıq dövrünə aid abidələrimizi mənimsəyirlər”

“Görünür, Azərbaycan torpaqları hesabına dövlət qurduqları bəs deyil və qırılmaq üçün bəhanə axtarırlar”


Qarabağ müharibəsində uğursuzluğa düçar olan və Azərbaycan Ordusu qarşısında darmadağın vəziyyətə düşən Ermənistan silahlı qüvvələri Kəlbəcəri tərk etməyə məcbur qalıb. Ərazini tərk edən erməni əhali isə gedərkən yanğınlar törədirlər. Bu barədə erməni “Telegram” kanalları məlumat və videolar paylaşıb.

Qeyd olunub ki, ermənilər işğaldan azad edilmiş ərazilərdən çıxarkən evləri və meşələri yandırırlar. Bu isə onların necə vandal olduqlarının növbəti sübutudur. İşğal etdikləri torpaqlardan çıxmalı olan ermənilər ekoloji terror törədir, təbiətə ziyan vurmaqla bir daha mənfur niyyətlərini büruzə verirlər.

 Keçmiş millət vəkili Flora Qasımova ermənilərin “mən yaşaya bilmirəmsə, heç kim yaşamasın” ritorikası barədə “Sherg.az”a açıqlama verib: “Məgər rus sülhməramlıları məsuliyyət daşımır?

Onlar vəzifələrini beləmi yerinə yetirəcəklər? Elə isə Azərbaycan hərbçilərinin və ya daxili işlər nazirliyi əməklaşlarının da əraziyə daxil olmasına icazə versinlər. Hər halda Kəlbəcərdə erməni o qədər çox deyil ki, onlara nəzarət etmək çətin olsun.

Ermənilər elə vandal millətdirlər ki, təkcə evləri yox, meşələri də yandıdırır. Hətta cansız daş-qayadan da intiqam alır, xristianlıq dövrünə aid abidələrimizi mənimsəyirlər. Görünür, Azərbaycan torpaqları hesabına dövlət qurduqları bəs deyil və qırılmaq üçün bəhanə axtarırlar”.

F. Qasımovanın fikrincə, görülən işlərin tempi düşməməlidir:

 “Ermənilər maşınlarla köç etmələrinin videolarını paylaşırlar. Hərçənd ki, biz qarda, çovğunda, özü də piyada, ayağıyalan dədə-baba torpaqlarımızı tərk etmişdik. Həmin görüntüləri də ictimailəşdirmək lazımdır.

Elə yaramız var ki, onun məlhəmi ancaq Qarabağ havası və suyudur. Ötən qırx dörd gündə olduğu kimi, bundan sonra da birlik nümayiş etdirməli, həmrəy olmalıyıq.

Qardaş Türkiyənin dəstəyi, yəqin ki, davam edəcək. Qazandığımız qələbəni hüquqi müstəvidə də təsdiqləmək, törədilən cinayətlərə görə işğalçıları beynəlxalq məhkəməyə vermək lazımdır.

Daha bir nəfər seperatçını da Qarabağa buraxmaq olmaz”.