"Şuşadan torpaq və su gətiriblər"

Xuraman Şuşalı: "Rəhmətlik atam, anam demişdi ki, imkan  olsa bizi aparıb yenidən orda dəfn edərsiniz"

Sənətçi Xuraman Şuşalı da sevinclidir. Deyir Şuşaya yollanan yaxınlarımdan torpaq və su gətirmələrini xahiş edib: “Şuşaya  sovqat göndərən tanışlarım oldu.

Zəng etdilər ki, Xuraman xanım, nə istəyirsiz Şuşadan? Dedim ki, Şuşadan  atamla, anamın məzarı üçün torpaq və su istəyirəm. Hazırda evdədir. Torpağı öpdüm, ağladım. Onunla namaz qıldım. Allahıma şükürlər etdim. 

Həftə sonu valideynlərimin qəbri üstə gedəcəm. Çünki rəhmətlik atam, anam  deyirdi ki, Şuşa azad ediləndə torpağımızı gətirərsiz. İmkan da olsa bizi aparıb yenidən orda dəfn edərsiniz. Ondan əvvəl torpağı gətirdilər.
Şuşadan ilk əldə etdiyim torpaq oldu. Sağ olsun, ordumuz, əsgərlərimiz, Ali Baş Komandanımız. Bütün bunlar onların sayəsindədir”.