Xanım parlamentari sərt danışdı: “Fransa həmsədrlikdən çıxarılsın”

“Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan və olunmayan 50-yə yaxın siyasi partiya adından Fransa prezidenti, parlamenti və senatına etirazlar göndərilsin. Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin bu günkü iclasında çıxışı zamanı millət vəkili Məlahət İbrahimqızı deyib.

Deputat Fransanın Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini birmənalı şəkildə dəstəkləməsini sərt tənqid edib:

“Fransa Prezidentinin Minsk qrupunun həmsədri olan ölkə başçısı kimi tam və açıq formada ermənipərəst mövqeyi qəbuledilməzdir. Emmanuel Makron və siyasi partiyalar Fransa xalqını təmsil edir və onların adından danışırlar.

Bundan biabırçı və qərəzli nə ola bilər?!”.