“Avropa Şurası Ermənistandakı özbaşınalığa susur” – İkili standart ! 

“Bu gün Ermənistanda baş verən iğtişaşlar, müxalifətə qarşı repressiya dünya mediasının gözü önündə baş verir”

“Buna baxmayaraq, Avropa Şurası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və başqa təşkilatlar hər hansı bir fikir bildirmirlər”

“Çünki Ermənistan hakimiyyəti Qərbin, SOROS Fondunun sifarişi ilə iqtidara gəlmiş bir qrupdur”


Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciət edib. Ölkə başçısı qeyd edib ki, qələbəmiz artıq Ermənistanda böyük problemlər yaradıb:
“Amma baxın, beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası, haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan, Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitorinq komitəsi.

Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan, Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən.

Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator.

Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb.

O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu, susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu, susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir.

Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə”.

Prezidentin tarixi müraciətində mühüm məqamlara toxunduğunu deyən millət vəkili Ramil Həsən “Sherg.az”a bildirib ki, nədənsə Azərbaycanın beynəlxalq hüquq normalar çərçivəsində haqq işini müdafiə etməsi bəzi təşkilatları narahat edir.

Parlamentari qeyd edib ki, burada hər hansı bir əmma axtarmağa ehtiyac yoxdur:

“Çünki Azərbaycan və qardaş Türkiyəyə qarşı ikili standart və qərəzli yanaşmalar var. Beynəlxalq qurumlar şovinst Ermənistanın başını sığallayırlar. Azərbaycana gəlincə isə kiçik problemi böyüdüb, qlobal bəla kimi dünya ictimaiyyətinə təqdim edirlər. Bu gün Ermənistanda baş verən iğtişaşlar, müxalifətə qarşı həyata keçirilən qanunazidd həbslər dünya mediasının gözü önündə baş verir. Buna baxmayaraq, Avropa Şurası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və başqa təşkilatlar hər hansı bir fikir bildirmirlər. Çünki Ermənistan hakimiyyəti Qərbin, SOROS fondunun sifarişi ilə iqtidara gəlmiş bir qrupdur. Ermənistan dövləti bu gün də cinayətkar mafiya sistemləri ilə idarə olunan bir sistem qurub”.

R.Həsənin sözlərinə görə, dünya ictimaiyyəti necə ki, ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri iyrənc əməllərə səssiz qaldı, həmçinin Ermənistan hakimiyyətinin müxalifətə qarşı həyata keçirdiyi səlib yürüşündə də səssiz qalmağı seçirlər:

“Çünki Qərbin, Fransanın verdiyi sifarişləri həyata keçirirlər. Ona görə də öz mənfəətlərinə sərf edən qüvvə hakimiyyətdədir və onların çaldığı mahnıya oynayır. Cənab Prezident də bu günük çıxışında səssiz olan dünya ictimaiyyətinə fikirlərini açıq-aydın bəyan etdi. Ölkə rəhbərinin dediyi kimi, Avropa və Qərb institutlarından real, obyektiv və ədalətli mövqe gözləmək mümkün deyil. Qərb ölkələri sadəcə özünə sərf edən işləri sürətlə həyata keçirir”.