Putin: ABŞ-la münasibətlər onsuz da pisdir, nəyi pozacaqsınız?..

ABŞ-la münasibətlər hazırda pisdir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Pis olan əlaqələri poza bilməzsiniz. Onsuz da pisdir”, - deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti ABŞ-da prezident seçkilərində qalib gələn Co Baydeni hələ də təbrik etməyib. Kremldən bildirilib ki, Putin yekun rəsmi nəticəni gözləyir.