Qarabağda tarix yazanlar tarix kitablarına düşməlidir - Elmar Həsənli

"İgidlərimiz haqqında məlumatlar dərsliklərdə yer almalıdır"

"İkinci Qarabağ müharibəsi mövzusunun dərsliklərdə işlənməsi ilə bağlı təlimatlar hazırlanır”.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisi bu məsələnin xüsusi nəzarətdə saxlandığını qeyd edib:

"Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insanımıza böyük sevgi
borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla
yaddaşlarımıza həkk edəcəyik. Şübhəsiz ki, təhsilimizin məzmununda bu həm forma, həm də
ayrı-ayrı hekayələrlə öz əksini tapacaq. Bununla bağlı təhsil naziri ayrıca əmr imzalayıb. Bu
əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar
incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq. Bunun üçün təhsil mütəxəssisləri
həmkar qurumlarla çalışır və Vətən müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular
işlənərək həm dərsliklərimizdə, həm də tədrisin bütün məzmununda yer tapacaq. Bu proses hələ
yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək".

Tarixçi, tədqiqatçı Elmar Həsənli “Şərq"ə açıqlamasında bildirib ki, İkinci Qarabağ
müharibəsində igid oğullarımızın ermənilərə qarşı göstərdikləri qəhrəmanlıqları böyükdən
kiçiyədək hər kəs bilməlidir. Ekspert vurğulayıb ki, ilk olaraq hər bir valideyn həmin igidlərin
şücaətini övladlarına aşılamalıdır: "Şəhid olan cəngavərlərimizin qəhrəmanlıqları orta
məktəblərdən başlamalıdır. Keçən gün bir xəbər yayıldı ki, topçu Vüsal Şahkərimovun şəkli 11-
ci sinif tarix kitablarının üzərində yer alacaq. Bu çox gözəl təşəbbüs və gözəl bir motivasiyadır.
Hesab edirəm ki, belə qəhrəman igidlərimizin tək şəkli yox, o cümlədən digər mərd, igidlərimiz
haqqında da məlumatlar dərsliklərdə yer almalıdır".

Ekspert hesab edir ki, İkinci Qarabağ müharibəsi qəhrəmanlarının keçdiyi döyüş yolunun ibtidai
siniflərdən tədris olunması daha məqsəduyğundur: "Çox istərdim ki, həm ibtidai, həm də 5-11-ci
siniflərdə "Qəhrəmanlıq tariximiz" və ya "İgid qəhrəmanlarımız" adlı ayrıca dərslər keçirilsin.
Həmin dərslərdə xüsusilə, Şuşanı topsuz, tüfəngsiz azad edən 400 nəfər xüsusi təyinatlı barədə
materiallar dərc olunsun. Bu igid oğulların şəkilləri siniflərə vurulsun".
E.Həsənli vurğulayb ki, ermənilərin dağıtdığı mədəniyyət və tarixi abidələrimiz barədə faktlar
toplanmalı və onlar da bir çox dərsliklərimizdə yer almalıdır: "Onsuz da əvvəllər dərsliklərdə bu
haqda geniş məlumatlar var idi. Amma bu gün işğaldan azad edilən rayonlarda onların ekoloji,
mədəni terrorları da çəkilib olduğu kimi göstərilməlidir. Çünki bu ermənilər elə iyrənc
məxluqlardır ki, bunlarla zor və hədə dilində danışmaq lazımdır".