İraqda 16 terrorçu məhv edilib


İraqın Kərkük vilayətində silahlı radikal dini qruplaşmalara qarşı hərbi əməliyyat keçirilib və 16 terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə əməliyyata rəhbərlik edən İraq ordusunun generalı Saad Harbiya məlumat verib.

O bildirib ki, əməliyyat zamanı terrorçuların gizləndiyi evlər aşkar edilib. Silahlı toqquşma nəticəsində 16 terrorçu məhv edilib.

Terrorçulara məxsus çox sayda silah-sursat, saxta pasportlar, xəritələr ələ keçirilib.

İraqın bu vilayəti 2014-cü ildə terrorçular tərəfindən zəbt edilmişdi. İraq ordusu 2017-ci ildə bu əraziləri terrorçulardan təmizləsələr də, hələ də bəzi yerlərdə silahlı qruplar terrorçuluq fəaliyyətlərini davam etdirir. İraq hökuməti ölkə ərazisindəki bütün terrorçuları məhv edəcəyini bildirib.