Gədəbəydə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, rayonun Novo İvanovka kəndi ərazisində kənd sakini Gəncəli Usubov idarə etdiyi “Toyota” markalı avtomobili dərəyə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.