AŞ-ın Baş katibi Ceyhun Bayramovun Qarabağla bağlı müraciətini cavablandırdı

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib.
Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb.
Bildirilib ki, AŞ Baş katibi razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.