Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi tutuldu 

Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə aparılan araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şabran rayon sakini Faiq Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib.
Lakin həmin şəxs yaşayış yerini tərk edərək, vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradıb.
Polis əməkdaşları tərəfindən onun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
F.Zülfüqarovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.