Ermənistan xüsusi xidmət orqanının sabiq rəhbərindən Paşinyana ittiham - VİDEO


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryanın Baş nazir Nikol Paşinyanla bağlı verdiyi açıqlama erməni cəmiyyətində birmənalı qarşılanmayıb. 

Baku TV xəbər verir ki, Şahnazaryan Paşinyanı düzgün olmayan siyasət yürütməkdə ittiham edib və Ermənistanın düçar olduğu hazırkı acınacaqlı vəziyyətə görə, baş nazirin məsuliyyət daşıdığını deyib. 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri əlavə edib ki, üçtərəfli imzalanan bəyanat ölkəsi üçün biabırçı kapitulyasiyadır. Buna baxmayaraq, Paşinyan və komandası indi də hakimiyyətdən əl çəkmək istəmir. 

David Şahnazaryan müharibədəki səhvlərdən, ön xətlə bağlı yalan məlumatlar verilməsindən, orduya, o cümlədən generallara siyasi təzyiqlərdən, döyüşlərə naşı insanların rəhbərlik etməsindən də söz açıb. O, bütün bunların sonda biabırçı məğlubiyyətə gətirdiyini xüsusi qeyd edib.