Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid oldu

Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.
APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.
Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.
Allah rəhmət eləsin!