Koronavirus testlərində yanlış cavabların səbəbləri açıqlandı

Koronavirus testindən əvvəl pasiyentlərə su içmək, siqaret çəkmək və burnu silmək olmaz. Eyni zamanda laboratoriya üçün qaydalar var: həkimlər test üçün vaxtı düzgün seçməli və proseduru izləməlidirlər.

RBK-nın məlumatına görə, bu barədə rusiyalı həkim virusoloqlar COVID-19 testi zamanı səhv cavabların səbəbini açıqlayarkən danışıblar.

“Tvoy Doktor” klinikasının terapevti və baş həkimi Tatnana Romanenko prosedurun hansı şərtlərdə faydasız ola biləcəyindən danışıb. Onun sözlərinə görə, müəyyən qaydalara riayət edilməsə  - burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə, yaxud xəstə əvvəllər burnunu silmiş, yumuşsa, o zaman testin cavabı səhv ola bilər. Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxalamamalı və yemək yeməməlidir.
Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) Yoluxucu Xəstəliklər şobəsinin müdiri Qalina Kojevnikova da testdən üç saat əvvəl yemək, içmək və dişləri yumağın qadağan olduğunu bildirib.

“Bunu edərsə, heç bir patogen tapılmayacaq”, - deyə o vurğulayıb.

Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru, virusoloq Aleksey Aqranovski nümunələrin özlərinin hazırlanma keyfiyyətinin test nəticələrini təsir edə biləcəyini deyib.