Aptekdə antibiotiklərlə bağlı qaydalara əməl olunmur - RƏSMİ


“Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

Onun sözlərinə görə, COVID-19 dövründə problem daha da artdı:

“Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır”. 

Şöbə müdiri qeyd edib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır:

“Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır”.