İranda son sutkada koronavirusdan 483 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 483 nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 45 738 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 721 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 880 542 nəfərə yüksəlib.
İranda indiyədək 617 715 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 824 nəfərin vəziyyəti ağır qiymətləndirilir.