Daha bir ştatda Baydenin qələbəsi təsdiqləndi


Nevada ştatının Ali Məhkəməsi demokratların namizədi Co Baydenin ştatdakı səsvermədə qalib olduğunu açıqlayıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Beləliklə, Co Bayden seçkilərdə daha 6 səs qazanıb.

Onunla birlikdə vitse-prezidentliyə namizəd Kamala Harris də qalib olub.